ABŞ-də güclü zəlzələ oldu

ABŞ-nin Alyaska ştatının Aleut adalarında 6 maqnitudalı zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təkanların epistentri Ankoric şəhərindən 1 537 km cənub-qərbdə, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib. Zəlzələ yaxınlıqdakı ərazilərdə də hiss edilib. Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.