Türkiyəni Avropa çempionatının favoriti də dayandıra bilmədi

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının A qrupunda son oyununda da qalib gəlib. Milli.Az xəbər verir ki, qardaş ölkənin yığması Serbiya ilə üz-üzə gəlib. Riqadakı matç Türkiyənin 90:95 hesablı qələbəsi ilə yekunlaşıb. Ay-ulduzlular bu nəticə ilə qrup mərhələsini lider kimi tamamlayıb və adını 1/8 finala mərhələsinə yazdırıb. Qeyd edək ki, turnirin 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də keçiriləcək. Final və üçüncülük matçları sentyabrın 14-də olacaq. Tural Milli.Az