“Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi daha da azalacaq”

“Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi artıq əhəmiyyətli dərəcədə azalıb”. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin ilin sonuna kimi ötən illə müqayisədə 2 dəfə azalacağı gözlənilir: “Yəni, əgər keçən il bu 12,4 milyard dollar idisə, bu il yəqin ki, 6 milyard dollar civarında, bəlkə bir az daha çox olacaq”.