Yaşlı kişi itkin düşüb

Salyan sakini itkin düşüb. Milli.Az xəbər verir ki, Salyan rayon sakini, 1940-cı il təvəllüdlü Nəsirov Rafayət İxtiyar oğlu yanvarın 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. İtkin düşən şəxs 165 sm uzunluqda, ağ saçlı və arıq bədən quruluşludur. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 070 560 55 44) məlumat vermələri xahiş olunur. Milli.Az