Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
Rusiya prezidenti Vladimir Putinin müəllimi Vera Qureviç Rusiya prezidentinə xalqa daha yaxın olmağı məsləhət görüb. Milli.Az xəbər verir ki, o, bu arzularını RT telekanalına verdiyi müsahibədə səsləndirib. "İnsanlara yaxın olun, onların ehtiyaclarını anlayın, sizdən nə soruşduqlarını dinləyin. Kiminləsə söhbətdə nəsə öyrənirsinizsə, bunu nəzərə alın və boş vaxtınızda bu suallar üzərində düşünün: razısınız, yoxsa razı deyilsiniz? Razı deyilsinizsə, özünüzə niyə belə olduğunu sübut etməyə çalışın", - Qureviç deyib. Qureviç əvvəllər Rusiya prezidentinin məktəb illərində təmkinli biri olduğunu da qeyd edib. Onun xatirələrinə görə, Putin heç vaxt universitetdə rəhbər vəzifələrə namizədliyini irəli sürməyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin