“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Fənərbağça"nın rəqibi müəyyənləşib. Milli.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, İstanbul klubu Polşa təmsilçisi "Qornik"lə qarşılaşacaq. Xatırladaq ki, II təsnifat mərhələsinin ilk görüşləri iyulun 17-də, cavab oyunları isə 21-22 iyul tarixlərində baş tutacaq. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin