Azərbaycan yığmasının üzvü rəsmən Rumıniya klubunda

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun yeni komandası dəqiqləşib. “Qafqazinfo” xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Bolqarıstan klubu “Arda” ilə yollarını ayıran Cəlal “Petrolul”la anlaşıb. Rumınlar rəsmi sayt vasitəsilə mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Cəlal Hüseynov ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib.