Xalq artisti: "Röya mütləq tarixdə qalacaq" - (Video)
Xalq artisti Ofelya Sənani müğənni Röya Ayxan haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib. Milli.Az xəbər verir ki, ARB TV-də yayımlanan "Bir gün" verilişində qonaq olan tanınmış diktor Röyanın yaradıcılığını izlədiyini və onun sənətini yüksək qiymətləndirdiyini bildirib. Ofelya Sənaninin sözlərinə görə, Röya Ayxan Azərbaycan musiqisində özünəməxsus yerə sahib olan sənətçilərdəndir. O qeyd edib ki, müğənni illər ərzində həm tamaşaçıların sevgisini, həm də sənət cameəsinin hörmətini qazanmağı bacarıb. Xalq artisti Röyanın səsinin, səhnə mədəniyyətinin və insanlarla münasibətinin onu fərqləndirdiyini vurğulayıb. O, ifaçının tamaşaçılarına xüsusi diqqət göstərdiyini və bunun da onun uğurunun əsas səbəblərindən biri olduğunu deyib: "Röya mütləq tarixdə qalacaq. Çünki o, hörməti qazanıb. Xalqın məhəbbətini qazanıb. Ona həmişə baxılır. Səsi də çox gözəldir, özü də gözəldir. Üzündən, gözlərindən mehribanlıq gəlir. Tamaşaçısını da çox sevir". Sonda Ofelya Sənani Röya Ayxana gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. Səsləndirilən fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb və istifadəçilər tərəfindən müzakirə olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin