Sumqayıt hərbi prokuroruna yeni TƏYİNAT
Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı respublika hərbi prokuroru general-mayor Bəhruz Əhmədov əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib. Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib. Milli.Az

Şərh verin