Əraqçi Ceyhun Bayramovla danışdı — Yenilənib
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. “Qafqazinfo” xəbər verir ki, bu barədə İranın baş diplomatı özünün rəsmi teleqram kanalında paylaşım edib. Məlumata görə, bu gün axşam saatlarında baş tutan telefon danışığı zamanı tərəflər regiondakı cari vəziyyəti müzakirə ediblər. Nazirlər Yaxın Şərq regionunda gərginliyin azaldılması istiqamətində atılan diplomatik addımları və irəli sürülən son təşəbbüsləri diqqətlə nəzərdən keçiriblər. Paylaşımda həmçinin qeyd olunub ki, Əraqçi və Bayramov regional təhlükəsizliklə yanaşı, İran ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gələcək inkişafı və qarşılıqlı maraq doğuran digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar. *** Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub. A. Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. C. Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb. Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.

Şərh verin