İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ

Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib. Milli.Az xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb. Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo Milli.Az