Küləkli hava nə vaxta qədər davam edəcək? — Yenilənib
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır. *** Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Şərh verin