Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Lerikdə 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin