51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)

Dünyaca məşhur amerikalı repçi "50 Cent" bu dəfə Nyu-York küçələrində kameralara tuş gəlib. Milli.Az xəbər verir ki, 51 yaşlı sənətçi rahat geyim tərzi və səmimi davranışları ilə diqqət çəkib. Paparatsilərin obyektivinə tuş gəlməsinə baxmayaraq, təbii davranışını qoruyan 50 Cent gündəlik həyatından görüntülərlə yenidən maqazin gündəminə çevrilib. Musiqi karyerası ilə yanaşı, aktyorluq, prodüserlik fəaliyyəti və biznes sahəsindəki uğurları ilə də tanınan repçi illərdir dünya şou-biznesinin ən məşhur simalarından biri hesab olunur. Nyu-Yorkda lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər xüsusilə sənətçinin fit görünüşünü və enerjisini yüksək qiymətləndirərək onun illər keçsə də populyarlığını qoruyub saxladığını bildiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)