Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olundu
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Ülvi Hacızadə gətirilib. Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib. Qeyd edək ki, Ü.Hacızadə bu təyinatadək nazirliyin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Şərh verin