Bu istiqamətdə əlavə reyslər təyin olunur

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək. Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.