Devid Bekhem 77 yaşlı anası ilə görüntüləndi – (Video)

Dünya futbolunun əfsanələrindən olan Devid Bekhem bu dəfə 77 yaşlı anası ilə birlikdə qatıldığı Uimbldon tennis turnirində diqqət mərkəzinə düşüb. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 51 yaşlı keçmiş futbolçu və anasının birlikdə çəkdirdiyi fotolar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Ana-oğulun səmimi münasibəti, zövqlü geyim seçimi və birgə keçirdikləri anlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Paylaşılan görüntülərdə Bekhemin anasına göstərdiyi xüsusi diqqət və qayğı sosial media istifadəçilərinin rəğbətini qazanıb. İzləyicilər paylaşımın altında "Ana sevgisi hər şeydən dəyərlidir" və "Çox səmimi və gözəl görüntülərdir" kimi fikirlər bildiriblər. Qısa vaxt ərzində minlərlə bəyənmə toplayan kadrlar müxtəlif platformalarda geniş müzakirə olunub. Bir çox istifadəçi ən təsirli anların məhz ailə ilə bölüşülən təbii və səmimi məqamlardan yarandığını vurğulayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)