İpotekanı gözləyənlərin diqqətinə! — Tarix bilindi
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır. “Qafqazinfo” xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq: Adi ipoteka kreditləri üzrə 5 mart saat 11:00-dan etibarən, Güzəştli ipoteka kreditləri üzrə 6 mart saat 11:00-dan etibarən. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi ( www.e-gov.az ) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək. Xəbəri rus dilində oxuyun: Ипотека-2026: сроки подачи заявок и важные инструкции Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir. Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində ( www.mcgf.gov.az/storage/Talimat.pdf ), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.

Şərh verin