Xameneinin olduğu yerin koordinatlarını kim verib?
İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlarını onun ətrafındakı "satqınlar" vasitəsilə əldə edib. Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya FTX-nin istefada olan polkovnik-leytenantı Aleksandr Belyayev bildirib. "Əks halda bu qədər dəqiq hədəf alınmazdı", - deyə o qeyd edib. Xainlərdən danışarkən Belyayev İranın daxili etnik problemlərini xarici təxribat, terrorçu qruplar və qaçaqmalçılar üçün giriş nöqtələri olan problemli Kürdüstan və Bəlucistan bölgələrini xatırladıb. Milli.Az

Şərh verin