Hava kəskin dəyişir: Qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq Martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var. Milli.Az

Şərh verin