Paşinyan qalib gələn kimi Azərbaycan və Türkiyəyə çağırış etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra yenidən rəsmi İrəvanın sülh kursuna, regional əməkdaşlığın inkişafına və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bəyan edib. Milli.Az xəbər verir ki, jurnalistlərin onun siyasi qüvvəsinin qələbəsindən sonra Türkiyə və Azərbaycan xalqlarına ünvanladığı mesajla bağlı sualını cavablandıran Paşinyan Ermənistan hökumətinin mövqeyinin dəyişməz qaldığını bildirib: "Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq". Paşinyan qeyd edib ki, əsas vəzifələrdən biri Ermənistan və Azərbaycan arasında sülh prosesinin instituallaşdırılmasıdır. O xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini razılaşdırıblar və növbəti addım onun imzalanması olmalıdır. Ermənistan-Türkiyə münasibətlərinə toxunan Paşinyan iki ölkə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb. Fidan Milli.Az

Şərh verin