Qobuda 42 yaşlı qadını cərəyan vurub öldürdü

Abşeronun Qobu qəsəbəsində bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, 1984-cü il təvəllüdlü qəsəbə sakini Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evdə elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.