Tramp İran və İsraili dərhal atəşkəsə çağırdı

Yaxın Şərqdə yenidən gərginliyin artması fonunda ABŞ Prezidenti Donald Tramp İsrail və İranı atəşkəsə çağırıb. Milli.Az xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkə hesabında yazıb. "İsrail və İran atəş açmağı dərhal dayandırmalıdırlar", -deyə o yazıb. Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. Raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərəsizləşdirilib. Milli.Az