Səudiyyə Ərəbistanı İrana zərbə endirə bilər - KİV

İsrail Səudiyyə Ərəbistanının İrana zərbələrə qoşulacağına əmindir. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Kan" məlumat yayıb. "Biz şübhə etmirik ki, Səudiyyə Ərəbistanı dünən hücuma məruz qaldıqdan sonra tezliklə İrana hücum edəcək", - portal adı açıqlanmayan yüksək vəzifəli məmurdan sitat gətirib. İsrailin "Kanal 9" kanalının məlumatına görə, Səudiyyə Ərəbistanı İranın neft obyektlərinə koordinasiyalı hücumuna hərbi cavab verə bilər. Milli.Az