Bakı-Qazax magistralında qəza - Xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Reno" və "Ford" markalı maşınlar toqquşub. İlkin məlumata görə, qəzada 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin