Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırıldı

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırılıb. “Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios”a açıqlamasında deyib. Qeyd edək ki, İsrail tərəfi İranın onlara raket zərbələri endirdiyini bildirib. Bu, 8 apreldə atəşkəs elan edildikdən bəri İranın İsrailə ilk raket hücumudur.