Paşinyan irəlidədir
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrində səsvermənin nəticələrini hesablayıb. Milli.Az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası bütün 2005 seçki məntəqəsində səsvermənin nəticələrini hesablayıb. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, əsas rəqabət aparan siyasi qüvvələr aşağıdakı sayda səs toplayıblar: Vətəndaş müqaviləsi(Nikol Paşinyan) - 49.81% (727,160); Güclü Ermənistan Bloku (Samvel Karapetyan) - 23.29% (340.062); Ermənistan Bloku (Robert Koçaryan) - 9.94% (145.097); Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan)- 4% (58,368). Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. On altı partiya və iki blok iştirak edib. Fidan Milli.Az

Şərh verin