Mədədən çıxarılan yad cisimlər MÜZAKİRƏ YARATDI - VİDEO

Tibb sahəsində paylaşılan görüntülər sosial şəbəkələrdə geniş maraqla qarşılanıb. Milli.Az xəbər verir ki, kadrlarda müxtəlif insanların mədəsindən çıxarıldığı bildirilən yad cisimlər nümayiş olunub. Çıxarılan əşyalar arasında qəpiklər, sancaqlar, düymələr, batareyalar və digər xırda əşyaların olduğu qeyd edilib. Ən çox diqqət çəkən məqamlardan biri isə mədədən çıxarılan domino daşları olub. Məhz bu görüntülər sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub və çoxsaylı suallar doğurub. Mütəxəssislər bu cür halların xüsusilə uşaqlarda daha çox müşahidə olunduğunu, bəzi yad cisimlərin isə ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirirlər. Onların sözlərinə görə, batareya və iti uclu əşyalar daxili orqanlara zərər verə bildiyindən vaxtında tibbi müdaxilə vacibdir. Yayılan görüntülər həm maraq, həm də təəccüb doğuraraq internet istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib. Bir çox insan mədədən çıxarılan əşyaların müxtəlifliyi qarşısında heyrətini gizlədə bilməyib. Musa Milli.Az