Binəqədidəki yanğın söndürülüb - YENİLƏNİB

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətsə söndürülüb. Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib. -------- Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək. Milli.Az