Bu qadını görənlər polisə XƏBƏR VERSİN
Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı Bakıda itkin düşüb. Milli.Az-ın məlumatına görə, o, 11.05.2026-cı il tarixdə Paytaxtın Nərimanov rayon Şahin Mustafayev küçəsi ev 27 mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzili tərk edib və bir daha geri qayıtmayıb. Bayramova Cəmilə Ceyhun qızının əlamətləri: Yaş: 38 Boyu: 1,73 sm Orta bədən quruluşlu Gözlərinin rəngi: Qəhvəyi Saçları: Qara Qeyd edək ki, Bayramova Cəmilə Ceyhun qızı hicablı olub. Əynində ağ jaket, boz cins şalvar, ağ krassovka olduğu ehtimal edilir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, +994 99 384 71 11, +994 50 592 25 70, +994 55 892 20 08, +994 55 616 97 39 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Milli.Az

Şərh verin