4 yaşlı uşaq faciəvi şəkildə öldü

Salyan rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub. Milli.z xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. Milli.Az