Huşsuz halda xəstəxanaya yerləşdirilmişdi — 16 gün sonra öldü

Paytaxtın Xəzər rayonunda sərxoş halda xəstəxanaya yerləşdirilən şəxs 16 gün sonra ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 25-i Türkan qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü M.Şıxəliyev huşsuz və sərxoş vəziyyətdə həmin gün xəstəxanaya yerləşdirilib və martın 13-ü orada ölüb. Faktla bağlı araşdırma aparılır.