“Sabah” səfərdə “İmişli”ni darmadağın etdi — Video

Misli Premyer Liqasında 24-cü turun növbəti qarşılaşması baş tutub. “Qafqazinfo”  xəbər verir ki, günün ilk matçında “İmişli” Qubada “Sabah”ı qəbul edib. Qarşılaşma Masazır təmsilçisinin 5:0 hesablı böyük qələbəsi ilə başa çatıb. “Sabah”ın heyətində Stiv Solvet (11), Coy Lens Mikels (15-pen, 35), Kahim Parris (49) və Aleksey İsayev (71-pen) fərqləniblər. Hazırda 59 xalla turnir cədvəlinə liderlik edən “Sabah”dan fərqli olaraq, bölgə təmsilçisi 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Qeyd edək ki, bu qələbə ilə “Sabah” liderlik mövqeyini daha da möhkəmləndirib.