SEPAH daha bir generalının öldürüldüyünü təsdiqlədi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib. Milli.Az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb. "General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb. Milli.Az