Üç uşaq anası dəm qazından zəhərlənərək öldü
Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qoltuq qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib. Qeyd edək ki, mərhum üç uşaq anası olub. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov

Şərh verin