Tanınmış aparıcı vəfat etdi - FOTO
Türkiyəli aparıcı, 66 yaşlı Reha Muhtar vəfat edib. Milli.Az xəbər verir ki, o, Bodrumda müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib. Uzun illər televiziya xəbərləri və jurnalistika sahəsində mühüm vəzifələr tutan Reha Muxtarın vəfatı media ictimaiyyətində və onun yaxınları arasında böyük kədərə səbəb olub. Qeyd edək ki, Reha Muhtar təkcə peşəkar həyatı ilə deyil, həm də şəxsi həyatı ilə bəzən diqqət mərkəzində olub. Aktrisa Deniz Uğurdan Mina və Poyraz adlı əkiz uşaqları var. Fidan Milli.Az

Şərh verin