BANM-də SABAH proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb — İlk dəfə
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) ölkədə ilk dəfə olaraq SABAH proqramı çərçivəsində doktorantura təhsili almaq imkanı yaradılıb. “Qafqazinfo” xəbər verir ki, artıq BANM-də Yer elmləri və Texnika elmləri istiqamətləri üzrə SABAH proqramında doktorantura təhsili həyata keçiriləcək. Yer elmləri istiqaməti üzrə dövlət sifarişli, əyani 8, Texnika elmləri istiqaməti üzrə isə 12 yer təqdim edilir. Qəbul həyata keçiriləcək ixtisaslar: - Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı - Neft və qaz yataqlarının işlənməsi və istismarı - Kimya texnologiyası və mühəndisliyi - Kompüter qurğuları və texnologiyası - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) Bakı Ali Neft Məktəbində SABAH proqramında doktorantlarla təklif edilir: - Yüksək təqaüd imkanları - 4 illik əyani təhsil - Tədris yönümlü təhsil - Təcrübəli professor-müəllim heyətinin rəhbərliyi ilə tədrisin təşkili - BANM-in zəngin maddi-texniki bazasından Müasir elmi-tədqiqat laboratoriyaları, Elmi kitabxana və elektron resurslar, Beynəlxalq rəqəmsal məlumat bazalarına çıxış Tələbə evi İdman mərkəzindən istifadə - BANM-də pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı Sənəd qəbulu üçün son tarix 9 iyun saat 18:00-dək nəzərdə tutulub.

Şərh verin