İran Küveyt hava limanını vurdu — Yaralılar var - Yenilənib - Video
İran Küveyt hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazirliyin rəsmi nümayəndəsi Səud əl-Ətvan dronların hava limanının birinci terminalında yerləşən sərnişin zalına hücum etdiyini bildirib. “Binaya ciddi maddi ziyan dəyib, bir neçə nəfər yaralanıb ki, onlara lazımi tibbi yardım göstərilib”, - o deyib. Hadisə ilə bağlı aeroportun fəaliyyəti dayandırılıb, uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilib. Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Qəşm adasına hücumuna cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını raketlərlə hədəfə aldığını bəyan edib . *** TASS-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, hücumla əlaqədar Küveyt ölkənin hava məkanını bir sutkalıq bağlayıb.

Şərh verin