TƏBİB-də daha 2 vəzifəlini işdən çıxardı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. “Qafqazinfo” Bakupost-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib. İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir . Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev , İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfəro v, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova , İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı , İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə , İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova işdən çıxarılmışdı.

Şərh verin