Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? — Polis araşdırır-Foto
Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində bir qrup şəxs arasında insident baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bir qrup şəxs əvvəlcədən tanıdıqları vətəndaşın ardınca Hövsan qəsəbəsindəki MİDA yaşayış kompleksinə gəliblər. Onlar həmin vətəndaşı zorla avtomobilə mindirib aparmaq istəyiblər. Bu zaman qaçan zərərçəkmiş mağazaya daxil olaraq içki şüşəsi götürüb və özünü müdafiə etməyə çalışıb. Səs-küyə digər vətəndaşlar da gəliblər. Xəbəri rus dilində oxuyun: ЧП в Говсане: группа лиц пыталась насильно увезти мужчину - ФОТО Hadisənin hansı səbəbdən baş verməsi, tərəflər arasındakı münasibətin nədən ibarət olması barədə məlumat verilməyib. *** Əldə etdiyimiz məlumata görə, görüntülərdə əks olunan insident tərəflər arasında yaranmış pul mübahisəsi zəminində baş verib. Hadisə iştirakçılarının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.

Şərh verin