Millimiz AÇ-də yarımfinal görüşünə çıxır
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gələcək. "Tipos Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yarımfinalın digər matçında isə Macarıstan və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüş isə saat 21:15-də start götürəcək. Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

Şərh verin