Qurban Qurbanova ÇL-dən sonra təkliflər gəlib?

“Qarabağ”ın baş məşqçisi Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə” ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssisə Çempionlar Liqasında komandanın uğurlu çıxışından sonra ona təkliflərin gəlib-gəlməməsi ilə bağlı sual ünvanlanıb. “Bakıdayıq da hələ”, - Qurban Qurbanov gülərək suala qısa cavab verməklə kifayətlənib.