Velosiped sürən uşağı maşın vurub öldürdü
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Şıxsalahlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahovun VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən velosiped sürən 11 yaşlı M.H-nı vurub. Qəza nəticəsində ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin