“Milyonların şousu”nda 8 min manat qazandı — Video

“Milyonların şousu”nun növbəti iştirakçılarından biri meyxanaçı Rüfət Nasosnu olub. “Qafqazinfo”nun məlumatına görə, o, əvvəlki buraxılışda yarımçıq qalan oyununu bu gün davam etdirib. Meyxanaçı 13-cü sualda oyunu dayandırmaq qərarı verib və verilişi 8 min manat uduşla tərk edib. “Mənim qazancım ürəyimin sevinci, bu gözəllik oldu. Təşəkkür edirəm”, - o deyib. Qeyd edək ki, meyxanaçı martın 7-də yayımlanan buraxılışda proqramın iştirakçısı olmuşdu. O, həmin vaxt 10 suala düzgün cavab verərək verilişdə itirilməyən 3 min manat məbləğini qazanmışdı. Lakin vaxtın başa çatması səbəbindən oyun yarımçıq qalmışdı.