Arda Gülərdən fantastik qol — Video

İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, ötən gün “Real Madrid” öz meydanında “Elçe”ni qəbul edib. Oyun “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın unudulmaz dəqiqəsi Arda Gülərin vurduğu qol ilə yaşanıb. Belə ki, 89-cu dəqiqədə rəqib qapıçını yerindən kənarda görən futbolçu ​​70 metrlik zərbə ilə fərqlənib. Arda Gülərin gündəm olan həmin qolunu təqdim edirik: Qeyd edək ki, bu qələbədən sonra “Real Madrid” xallarını 66-ya yüksəldib. “Elçe” isə 26 xalda qalıb.