Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış
Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb. Milli.Az xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub. Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib. Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib. Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq. (Bizim.Media) Milli.Az

Şərh verin