İran ABŞ-ni genişmiqyaslı təxribat hazırlamaqda ittiham etdi
“ABŞ hakimiyyəti İrana qarşı genişmiqyaslı təxribat hazırlayır”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib. Onun sözlərinə görə, məsələ ABŞ kəşfiyyat orqanlarının 2001-ci il 11 sentyabr terror aktlarına bənzər bir hücum hazırlaması ilə bağlıdır. “Vaşinqton hadisəyə görə İranı günahlandırmaq niyyətindədir”, - deyə o əlavə edib.

Şərh verin