63 yaşlı kişinin meyiti su kanalından tapıldı

Ağdaşda 63 yaşlı kişinin meyiti su kanalından tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Gündüz Mustafayev su kanalında ölü vəziyyətdə aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır. Yunis Quliyev