Ukraynada daha bir azərbaycanlı həlak oldu — Foto

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb. Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub. Onun müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində döyüşdüyü, əvvəllər dəfələrlə yaralandığı bildirilib.