Kirayə yaşadıqları evdə ər-arvadın meyiti tapıldı
Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölü tapılıblar. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti kirayə yaşadığı Araz Novruzov küçəsi 26 ünvanındakı fərdi yaşayış evində aşkarlanıb. Onların dəm qazından zəhərlənərək öldüyü bildirilir. Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin